Bakıda 2 avtobusun yolu dəyişdirilir

29/07/2026 - 16:38
Bakıda  2 avtobusun yolu dəyişdirilir

Paytaxtın Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər tətbiq ediləcək və bəzi müntəzəm marşrut xətlərinin trayektoriyasında dəyişiklik olunacaq.

​Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görө, dəyişikliklər iyulun 30-dan etibarən təmir-bərpa işləri yekunlaşanadək qüvvədə olacaq.

​Tətbiq edilən dəyişikliklərə əsasən:

​202 nömrəli marşrut xəttinin son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində yerləşən 94 nömrəli transformator yarımstansiyasının yaxınlığına köçürüləcək.

​92 nömrəli marşrut isə alternativ olaraq Asəf Zeynallı – Yurd Yeri – Maralan - Yaşar Sadıqov küçələri istiqaməti ilə hərəkət edəcək.

​Sürücülərdən və sərnişinlərdən qeyd olunan dəyişiklikləri nəzərə almaları xahiş olunur.