“Azərkosmos”un müştəri sayı azalsa da, ixrac gəlirləri kəskin artıb
2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) dünyanın 33 ölkəsindən olan 90-a yaxın şirkətə 13,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri göstərib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
İxrac gəlirlərində 54%-lik artım
Hesabat dövründə “Azərkosmos”un ixracdan əldə etdiyi gəlirlər qurumun ümumi gəlirlərinin 63%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə isə agentlik 41 ölkəyə 8,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac etmişdi və ixracın ümumi gəlirlərdə payı 65% olşuşdu.
Beləliklə, cari ilin ilk yarısında “Azərkosmos”un peyk telekommunikasiya xidmətlərinin ixrac gəlirləri illik müqayisədə 4,6 milyon ABŞ dolları və ya təxminən 54% artıb. Bunun fonunda xidmət göstərilən ölkələrin sayı 41-dən 33-ə enib.
Əsas ixrac bazarları
Cari ilin yanvar-iyun aylərında peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beşlik aşağıdakı kimi formalaşıb:
Birləşmiş Krallıq – 2,2 milyon ABŞ dolları
Lüksemburq – 1,6 milyon ABŞ dolları
Türkiyə – 605,4 min ABŞ dolları
Pakistan – 603,4 min ABŞ dolları
Misir – 327,9 min ABŞ dolları
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk yarısında ilk beşlikdə Birləşmiş Krallıq (2,3 milyon dollar), Lüksemburq (1,8 milyon dollar), Nigeriya (436 min dollar), Türkiyə (385,1 min dollar) və Misir (357,9 min dollar) qərarlaşmışdı.