Azərbaycanın turizm potensialı “Netflix” platformasında təbliğ olunacaq
Dövlət Turizm Agentliyi ölkəmizin turizm potensialının beynəlxalq səviyyədə geniş nümayiş etdirilməsi və tanıdılması istiqamətində növbəti addım atır. Agentlik bununla bağlı dünyanın məşhur striminq platforması olan “Netflix”-də təbliğat xarakterli məlumatların yerləşdirilməsi üçün hazırlıqlara başlayıb.
Məlumata görə, layihənin həyata keçirilməsi məqsədilə “Netflix Ads LLC” şirkətinə 510 min manat məbləğində vəsait ödəniləcək.
Bu təşəbbüs Azərbaycanın turizm imkanlarının qlobal miqyasda tanıdılmasına və ölkəyə gələn xarici turistlərin axınının artmasına mühüm töhfə verəcək.