Azərbaycanda hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə temperaturun enəcəyi, leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir.
Azərbaycanda hava kəskin dəyişir: Leysan, şimşək və dolu gözlənilirYaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə güclü yağıntıların olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, respublika ərazisində hava şəraitinin tədricən dəyişərək arabir yağmurlu olacağı ehtimal edilir.
Sinoptiklərin proqnozlarına əsasən, ayrı-ayrı bölgələrdə yağışların leysan xarakterli olacağı, şimşək çaxacağı, eləcə də dolu düşəcəyi gözlənilir. Güclü külək ehtimalı da nəzərə alınaraq, sərt hava şəraitinə qarşı diqqətli olmaq tövsiyə edilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən enəcək, ötən günlərin istisi nisbətən sərin və yağıntılı hava ilə əvəz olunacaq.
Mütəxəssislər kəskin hava dəyişikliyi ilə əlaqədar sürücülərə yollarda ehtiyatlı olmağı, vətəndaşlara isə təhlükəsizlik qaydalarına riayət etməyi xəbərdarlıq edirlər.