Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi
06/08/2026 - 11:02
Azərbaycan Dünya Mərakeşlilərinin 2-ci Beynəlxalq Görüşündə fəxri ölkə seçilib.
Bu barədə Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov X hesabında yazıb.
Bildirilib ki, Azərbaycan Laraş şəhərində təşkil olunmuş Dünya Mərakeşlilərinin 2-ci Beynəlxalq Görüşündə iştirak edib:
"Səfirliyin müvəqqəti işlər vəkili Tural Rəsulov Azərbaycan ilə Mərakeş arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin mükəmməlliyini, həmçinin xalqların yaxınlaşmasında, beynəlxalq mübadilələrin inkişafında diasporların əsas rolunu vurğulayıb".