“Etimadı qazanan seçim və İTV-nin inkişaf yolunun davamı”

İctimai etimadın, peşəkar idarəçiliyin və milli yayım prinsiplərinin qorunduğu bir məqamda, Balakişi Qasımovun yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilməsi media cameəsində böyük rəğbətlə qarşılandı. Bu seçim təkcə bir rəhbərin yenidən etimad qazanması deyil, həm də illərlə formalaşan peşəkar yolun, şəffaf idarəçiliyin və milli televiziya ənənələrinin davamına verilən qiymətdir.
Uzun illərin müşahidəsi göstərir ki, televiziya yalnız ekran deyil, xalqın düşüncəsini, milli yaddaşını və cəmiyyətin mənəvi aynasını yaşadan böyük bir məktəbdir.
Məhz bu məktəbin nüfuzunu qoruyub saxlamaq hər rəhbərə nəsib olmur. Balakişi Qasımov isə fəaliyyəti boyunca İTV-ni həm peşəkarlıq, həm də yenilik baxımından inkişaf etdirərək onun əvvəlki nüfuzunu qorumağı bacaran rəhbərlərdən biri oldu.

Bu gün İTV-də həyata keçirilən yeni layihələr, maarifləndirici proqramlar, milli-mənəvi dəyərlərə söykənən verilişlər və müasir yayım texnologiyalarına uyğun inkişaf yolu göstərir ki, seçimin düzgün və yerində olduğu şübhə doğurmur. Şəffaf keçirilən seçim prosesi isə ictimai yayım prinsiplərinə verilən önəmin bariz nümunəsidir.
Televiziya yalnız xəbər ötürən vasitə deyil, xalqın ruhunu yaşadan mənəvi tribunadır. O tribunada peşəkar sözün, milli düşüncənin və ictimai məsuliyyətin qorunması isə güclü rəhbərlik tələb edir. Bu baxımdan Balakişi Qasımovun yenidən bu vəzifəyə seçilməsi Azərbaycan mediasının inkişafı adına mühüm hadisələrdən biridir.

Fürsətdən istifadə edib onu səmimi qəlbdən təbrik edir, yeni fəaliyyət dövründə uğurlar, sağlamlıq və işində yeni nailiyyətlər arzulayırıq. Qələmin, ekranın və sözün işığı daim yoluna nur saçsın.

Ceyhun Şüküroğlu