III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdamda olublar
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdamda olublar
III Şuşa Qlobal Media Forumunun iştirakçıları iyulun 20-də Ağdam şəhərinə səfər ediblər. Qonaqlar ərazidə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.Səfər çərçivəsində beynəlxalq media nümayəndələrinə və ekspertlərə işğal dövründə tamamilə dağıdılmış Ağdam şəhərində aparılan tikinti-yenidənqurma layihələri barədə ətraflı məlumat verilib.
Forum iştirakçıları Ağdamda bərpa olunan tarixi və dini abidələrin vəziyyəti ilə tanış olub, eləcə də rayonda həyata keçirilən infrastruktur layihələrini izləyiblər. Qonaqlara Qarabağın dirçəldilməsi istiqamətində görülən işlər, o cümlədən "ağıllı şəhər" konsepsiyası əsasında həyata keçirilən tədbirlər barədə brifinq təqdim olunub.
Səfər media nümayəndələrinin bölgədəki mövcud reallıqları və aparılan quruculuq işlərini əyani şəkildə izləmələri üçün mühüm platforma rolunu oynayıb.