Kriptovalyuta bazarında gərginlik: Bitkoin 63 min dollar səviyyəsini də geridə qoydu

Kriptovalyuta bazarında gərginlik: Bitkoin 63 min dollar səviyyəsini də geridə qoydu

17/07/2026 - 08:46
Kriptovalyuta bazarında gərginlik: Bitkoin 63 min dollar səviyyəsini də geridə qoydu
Dünya maliyyə bazarlarında müşahidə olunan volatillik kriptovalyuta sektoruna da ciddi təsir göstərib. ABŞ və İran arasında artan gərginlik və texnologiya sektorundakı satış dalğası investorların risk iştahını azaldıb.
​Bu təzyiqlər fonunda kriptovalyuta bazarının əsas lokomotivi olan Bitkoin (BTC) qiymətində kəskin eniş qeydə alınıb. Son məlumatlara görə, Bitkoin 64 min dollar psixoloji həddindən aşağı düşməklə yanaşı, 63 min dollar səviyyəsini də geridə qoyaraq eniş tendensiyasını davam etdirib. Hazırda bazarda satış təzyiqi hökm sürür və investorlar qlobal geosiyasi vəziyyəti yaxından izləyirlər.
​Bununla yanaşı, kriptovalyuta bazarının gələcəyi ilə bağlı pozitiv xəbərlər də diqqətdən yayınmayıb. Bazarın eniş yaşadığı bir vaxtda "Crypto.com" platforması "Citadel Securities"dən 400 milyon dollarlıq strateji investisiya cəlb edərək öz dəyərini 20 milyard dollara çatdırıb. Ekspertlər bu addımı kriptovalyuta infrastrukturunun ənənəvi maliyyə sistemləri ilə inteqrasiyasında mühüm mərhələ kimi qiymətləndirirlər.