Baş nazir Əli Əsədov Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
Baş nazir Əli Əsədov Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
İyulun 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Slovakiya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.