Neft bazarında kəskin bahalaşma: “Brent” 85 dolları ötdü
Neft bazarında kəskin bahalaşma: “Brent” 85 dolları ötdü
Dünya bazarında neftin qiymətində kəskin artım müşahidə olunur. Londonun ICE birjasında “Brent” markalı xam neftin qiyməti uzun müddətdən sonra yenidən 85 dollar həddini keçib.
Ticarət məlumatlarına əsasən, bu gün Bakı vaxtı ilə saat 04:16-ya olan vəziyyətə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 2,04 faiz artaraq 85,02 dollar təşkil edib. Qiymət artımı bununla məhdudlaşmayıb; saat 04:23-də sözügedən fyuçerslər 2,78 faiz bahalaşaraq bir barel üçün 85,64 dollara yüksəlib. Bu göstərici cari ilin iyun ayının 15-dən bəri qeydə alınan ən yüksək həddir.
Qiymət artımı WTI markalı neftdən də yan keçməyib. Belə ki, 2026-cı ilin iyul ayı üzrə WTI markalı xam neft fyuçerslərinin qiyməti 8,25 faiz bahalaşaraq bir barel üçün 80,42 dollara çatıb.
Economynews.az