Şuşada IV Qlobal Media Forumu işinə başlayıb: Prezident İlham Əliyev açılışda iştirak edir
Şuşada IV Qlobal Media Forumu işinə başlayıb: Prezident İlham Əliyev açılışda iştirak edir
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.
Qlobal informasiya məkanında baş verən proseslərin, medianın sülhün təşviqindəki rolunun və həqiqətlərin çatdırılmasında qarşıya çıxan çağırışların müzakirə edildiyi forumda dünyanın müxtəlif ölkələrindən tanınmış media nümayəndələri, ekspertlər və dövlət rəsmiləri bir araya gəliblər.
Forum çərçivəsində medianın cəmiyyətlərarası etimadın yenidən qurulması, dezinformasiya ilə mübarizə və qlobal münaqişələrin işıqlandırılmasında obyektivliyin təmin olunması kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılır.