Bakı–Balakən qatarlarının hərəkətində dəyişiklik edilib
Bakı–Balakən qatarlarının hərəkətində dəyişiklik edilib
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən verilən məlumata görə, təhlükəsizlik məqsədilə qatarların hərəkətində müvəqqəti dəyişikliklər tətbiq olunub.
QSC-dən bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində iyulun 8-dən iyulun 20-dək olan müddətdə Bakı–Balakən marşrutu üzrə qatarların hərəkəti Qax stansiyasına qədər məhdudlaşdırılıb.
Dəyişikliklərlə bağlı diqqət etməli olduğunuz məqamlar:
Bilet satışı: Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyaları istiqamətində bilet satışı iyulun 20-dək dayandırılıb.
Qatarların hərəkəti:
Bakıdan yola düşən qatarlar yalnız Qax stansiyasına qədər gedəcək.
Balakəndən yola düşməli olan qatarlar isə səyahətə Qax stansiyasından başlayacaq.
Alternativ nəqliyyat: Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin olunub.
Sərnişinlərdən yaranmış müvəqqəti narahatlıqla bağlı anlayış göstərmələri xahiş olunur.