Milli Məclisin sədri İran səfərindən danışdı
Milli Məclisin sədri İran səfərindən danışdı
Spiker Sahibə Qafarova giriş nitqində İran İslam Respublikasına səfəri ilə bağlı məlumat verib.
Bildirib ki, parlament sədrinin rəhbərliyi ilə Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasının sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib:
“Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasında səfərdə olmuşdur. Səfərdə məqsəd İranın mərhum Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək idi.
Mən İran İslam Respublikasının prezidenti cənab Məsud Pezeşkian, İslam Şurası Məclisinin sədri cənab Məhəmməd Baqer Qalibaf və digər rəsmilərlə görüşdüm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından başsağlığı ifadə etdim, Azərbaycan xalqının dərin hüzn və ehtiramını İran xalqına çatdırdım”.