İlham Əliyev Malavi prezidentini təbrik etdi

İlham Əliyev Malavi prezidentini təbrik etdi

06/07/2026 - 08:01
İlham Əliyev Malavi prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev malavili həmkarı Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb."Hörmətli cənab Prezident,

Malavi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Malavi əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".