Vilayət Eyvazov Müdafiə Nazirliyi ilə bağlı qərar imzaladı

Vilayət Eyvazov Müdafiə Nazirliyi ilə bağlı qərar imzaladı

04/07/2026 - 08:00
Vilayət Eyvazov Müdafiə Nazirliyi ilə bağlı qərar imzaladı

Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə təlimatda dəyişiklik edilib.

Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov müvafiq qərar imzalayıb.


Qərara əsasən, Müdafiə Nazirliyi məlumat-axtarış kartlarında nəzərdə tutulmuş məlumatların “Avtomatlaşdırılmış Məlumat Bankı”na (AMB) elektron rabitə kanalları və ya xüsusi rabitə vasitəsilə göndərilməsini təmin edəcək və qeyd edilən məlumatlardan sorğu etməklə xidməti fəaliyyətlərində istifadə edəcəklər.