Bakının 4 rayonunda sabah günortayadək su olmayacaq
Bakının 4 rayonunda sabah günortayadək su olmayacaq
02/07/2026 - 11:31
Bakının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi hissələrində iyulun 3-ü günorta saatlarınadək su olmayacaq.
Buna səbəb isə su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləridir.