Bakıda mühüm görüş: Mikayıl Cabbarov iranlı nazir müavini ilə ticarət əlaqələrini müzakirə edib
Bakıda mühüm görüş: Mikayıl Cabbarov iranlı nazir müavini ilə ticarət əlaqələrini müzakirə edib
Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə İran İslam Respublikasının iqtisadiyyat nazirinin müavini Mehdi Heydəri arasında ikitərəfli görüş baş tutub.
Görüş zamanı Azərbaycan və İran arasında mövcud olan iqtisadi-ticarət əlaqələrinin cari vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Tərəflər iki ölkə arasında investisiya mühitinin daha da yaxşılaşdırılması və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Nazir Mikayıl Cabbarov Azərbaycanın regional iqtisadi layihələrdəki rolunu qeyd edərək, İİB kimi beynəlxalq maliyyə institutlarının platformasında bu cür təmasların əhəmiyyətini vurğulayıb. Öz növbəsində, Mehdi Heydəri İranın Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu ifadə edib və birgə investisiya layihələrinin icrasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə xüsusilə nəqliyyat-logistika, ticarət dövriyyəsinin həcminin artırılması və enerji sahəsində əməkdaşlığın yeni mərhələyə qaldırılması üçün atılacaq addımlar nəzərdən keçirilib. Tərəflər əldə olunan razılaşmaların icrası üçün intensiv dialoqun davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.
İslam İnkişaf Bankının Bakıdakı illik toplantısı, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar pəncərəsi kimi qiymətləndirilir.
Fatma Təvəkgül qizi