Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bakıda qəzalı binaların sökülməsi və şəhər infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir. Belə ki, plan çərçivəsində paytaxtın Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında istismar müddəti başa çatmış yaşayış binalarının sökülməsi nəzərdə tutulur. Bu isə evləri plana düşən vətəndaşlar arasında Bakının hansı ərazilərində mənzillərin daha münasib qiymətə olduğu ilə bağlı marağı artırıb.“Hazırda paytaxtda ən bahalı ərazilər mərkəzi rayonlar hesab olunsa da, daha münasib qiymətlərə şəhərətrafı qəsəbələrdə rast gəlmək mümkündür. Nisbətən ucuz fərdi yaşayış evləri və torpaq sahələri əsasən Sabunçu rayonunun Maştağa, Kürdəxanı, Pirşağı, Ramana, Suraxanı ərazisində Hövsan, Zığ, Bülbülə, Qaradağda Lökbatan, Müşfiqabad, Sahil və Ələt qəsəbələrində təklif olunur. Həmçinin Pirallahı rayonu da qiymət baxımından Bakının daha əlverişli ərazilərindən sayılır. Bu ərazilərdə torpağın və evlərin qiyməti mərkəzə yaxın rayonlarla müqayisədə xeyli aşağıdır”.