Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yaydı

02/06/2026 - 04:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yaydı
​DSMF-dən sosial şəbəkə aktivliyi: 8 mindən çox vətəndaş müraciəti cavablandırılıb
​Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşlarla operativ kommunikasiyanı davam etdirir.
​Cari ilin yanvar-may ayları ərzində Fondun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkə hesabları vasitəsilə daxil olan 8 299 vətəndaş müraciəti cavablandırılıb.
​Qeyd edək ki, rəsmi sosial şəbəkə hesabları vasitəsilə vətəndaşların suallarının operativ şəkildə cavablandırılması, həmçinin onları maraqlandıran məsələlərlə bağlı operativ məlumatlandırılmaları təmin olunur. Bu yanaşma vətəndaş məmnunluğunun artırılmasına və sosial xidmətlərin əlçatanlığının təmin edilməsinə xidmət edir.
Fatma Təvəkgül qızı