Zakir Həsənov Gürcüstana səfər edib
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda səfərdədir Azərbavcanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 1-də Gürcüstana səfər edib.
Azərbaycanın müdafiə naziri Gürcüstana rəsmi səfərə gedib
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 1-də Gürcüstana rəsmi səfərə yola düşüb.
Səfər çərçivəsində müdafiə nazirinin bir sıra rəsmi görüşlər keçirməsi və iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti, həmçinin gələcək perspektivlərin müzakirə olunması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əlaqələr yüksək səviyyədədir və bu cür səfərlər regional təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığın gücləndirilməsinə xidmət edir.