“AzərEnerji”, “TotalEnergies” və SOCAR arasında görüş
“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, “TotalEnergies” şirkətinin idarəedici direktoru Emmanuel de Guillebon və SOCAR-ın vitse-prezidenti Babək Hüseynov arasında görüş keçirilib.
23/05/2026 - 04:34
Əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılan görüşdə əsas müzakirə mövzusu Abşeron qaz yatağının ikinci fazası çərçivəsində nəzərdə tutulan qaz emalı zavodunun elektrik təchizatı məsələsi olub.