Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər Parkını ziyarət ediblər

08/11/2026 - 10:32
Yeniləndi: 16 Gün əvvəl
Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər Parkını ziyarət ediblər

​Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıdakı Zəfər Parkını ziyarət ediblər.

​Dövlət rəsmiləri Vətən müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, abidə Kompleksi önünə əkili və güllər qoyublar.