Ukrayna ordusu PUA-larla Rusiyanın Yaroslavl vilayətinə zərbələr endirib.

06/08/2026 - 11:05
Ukrayna ordusu PUA-larla Rusiyanın Yaroslavl vilayətinə zərbələr endirib.

Rusiyanın ən böyük 5 neft emalı zavodundan biri vuruldu

Bu barədə "Dialog.ua" məlumat yayıb.

Bildirilib ki, zərbələrin hədəfi Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan "Slavneft-YANOS" zavodu olub.

Məlumata görə, müəssisənin illik emal gücü təxminən 15 milyon ton xam neft təşkil edir.

Qeyd edək ki, zavod Rusiyanın ən böyük beş neft emalı müəssisəsindən biri hesab olunur və həm ölkə daxilində, həm də ixrac bazarlarında neft məhsulları istehsal edir.