Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

23/11/2026 - 17:05
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TRIPP layihəsinin başlanması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Economynews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşım edilib.

Paylaşımda deyilir: “Hörmətli Prezident Donald Tramp,

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm”.