Pensiyalar bu tarixdə ödəniləcək
06/08/2026 - 16:41
Avqust ayının pensiyalarının veriləcəyi tarix məlum olub. Dövlət Sosial Müdafiə Fonduna istinadən xəvər verir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ayın 21-dən gec olmayaraq ödəniləcək. Müavinətlərin isə avqustun 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.