Nazir: Azərbaycanla İtaliya arasında indiyədək 65 sənəd imzalanıb
23/11/2026 - 17:40
Azərbaycanla İtaliya arasında indiyədək 65 sənəd imzalanıb.
Economynews.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, müxtəlif istiqamətləri əhatə edən 20 sənəd isə hazırda Azərbaycan və İtaliya tərəflərinin baxışındadır.