İstanbul Texniki Universitetinin (İTU) Qarabağ Universitetində akademik bölmələr açacağı açıqlanıb. Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları cəmiyyət tərəfindən geniş müzakirə olunur.

27/08/2026 - 10:32
İstanbul Texniki Universitetinin (İTU) Qarabağ Universitetində akademik bölmələr açacağı açıqlanıb. Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları cəmiyyət tərəfindən geniş müzakirə olunur.

​Qarabağ Universitetində İstanbul Texniki Universitetinin akademik bölmələri yaradılacaqQarabağ Universitetində Türkiyənin nüfuzlu İstanbul Texniki Universitetinin (İTU) nəzdində akademik bölmələrin açılması ilə bağlı rəsmi qərar qəbul olunub.  

​Xəbər portalımıza daxil olan məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərar imzalayıb. Sənəd qardaş ölkənin rəsmi "Resmi Gazete"sində dərc olunub.  

​Qərara əsasən, Qarabağ Universitetində İTU-nun rektorluğuna bağlı olaraq müvafiq akademik bölmələr fəaliyyətə başlayacaq. Tənzimləmə Türkiyənin 2547 saylı Ali Təhsil Qanununun əlavə 39-cu maddəsinə əsasən həyata keçirilib.  

​Xatırladaq ki, 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində İTU ilə birgə mühəndislik ixtisasları üzrə beynəlxalq ikili diplom proqramına start verilib. Türkiyənin ali təhsil müəssisələri arasında lider olan və dünya reytinqlərində yüksək mövqe tutan İTU-nun Qarabağda təmsil olunması ölkəmizin təhsil həyatında mühüm tarixi addım kimi qiymətləndirilir.