“Azeri Light” markalı neftin qiyməti bahalaşaraq 98 dolları ötüb

30/07/2026 - 12:40
“Azeri Light” markalı neftin qiyməti bahalaşaraq 98 dolları ötüb

Qlobal bazarlarda baş verən son proseslər fonunda Azərbaycanın əsas ixrac nefti olan “Azeri Light” markalı xam neftin qiymətində kəskin artım qeydə alınıb.

​Hərracların nəticələrinə əsasən, “Azeri Light” (CIF) markalı neftin bir barelinin qiyməti 6,97 ABŞ dolları və ya 7,64% bahalaşaraq 98,19 dollara çatıb.  

​Xatırladaq ki, Azərbaycanın cari ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.