Azərbaycanın Müdafiə Sənayesi naziri Səlcuq Bayraktar ilə görüşüb

Azərbaycanın Müdafiə Sənayesi naziri Səlcuq Bayraktar ilə görüşüb

10/07/2026 - 03:59
Azərbaycanın Müdafiə Sənayesi naziri Səlcuq Bayraktar ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin "Baykar" texnologiya şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşüb.
​Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
​Tərəflər iki qardaş ölkə arasında hərbi-texniki sahədəki strateji tərəfdaşlığın uğurla davam etdiyini vurğulayıblar. Görüşdə həmçinin birgə layihələrin icrası, texnoloji yeniliklərin tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
​Səlcuq Bayraktar Azərbaycanın müdafiə sənayesi potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib və əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.