Bloomberg: ABŞ zərbələri fonunda Hörmüz boğazında gəmi hərəkəti demək olar ki, dayanıb
Bloomberg: ABŞ zərbələri fonunda Hörmüz boğazında gəmi hərəkəti demək olar ki, dayanıb
ABŞ-nin iki gün ardıcıl İrandakı hədəflərə zərbələr endirməsi fonunda Hörmüz boğazından kommersiya gəmilərinin keçidi minimum səviyyəyə enib. Bu barədə gəmilərin hərəkətini izləyən servislərin məlumatlarına istinadən Bloomberg yazır.
Məlumata görə, gəmi hərəkəti yalnız boğazın şimal hissəsində, İran sahilləri yaxınlığında müşahidə olunur. Buradan İran hakimiyyəti tərəfindən təsdiqlənmiş şimal dəhlizi keçir.Agentlik qeyd edir ki, bəzi gəmilər boğazda ola bilər, lakin transponderlərini söndürdükləri üçün izləmə sistemlərində görünmürlər.
Çərşənbə günü boğazı hər iki istiqamətdə 14 kommersiya yük gəmisi keçib. Halbuki İran və ABŞ arasında son eskalasiyadan əvvəl bu su arteriyasından gündə orta hesabla 34 gəmi keçirdi.