Bakı-Tbilisi-Bakı qatarında baqaj daşınması ilə bağlı yeni qaydaları açıqlanıb
Bakı-Tbilisi-Bakı qatarında baqaj daşınması ilə bağlı yeni qaydaları açıqlanıb
Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi-Bakı qatarında baqaj daşınması ilə bağlı yeni qaydaları açıqlayıb:
Ödənişsiz Baqaj Limitləri
Komfort və Komfort+ sinifləri: 23 kq-a qədər 1 ədəd baqaj.
Lüks sinfi: 30 kq-a qədər 1 ədəd baqaj.
Digər Məlumatlar
Əlavə imkanlar: Kiçik əl yükü və qatlanan uşaq arabasının daşınması üçün ödəniş tələb olunmur.
Xüsusi şərt: Komfort+ kupesini tam şəkildə bron edən sərnişinlər uşaq arabasını açıq vəziyyətdə daşıya bilərlər.