Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb

Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb

13/06/2026 - 19:17
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
Azərbaycan Hava Yollarının (AZAL) J2-295 nömrəli Bakı-Naxçıvan reysini icra edən hava gəmisi ildırımlı hava şəraiti səbəbindən Bakıya geri qayıdıb. Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 21:09-da uğurla eniş edib.

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

"Qeyd edək ki, J2-2257 nömrəli Bakı-Naxçıvan reysi də əlverişsiz hava şəraiti səbəbi ilə təxirə salınıb. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək.