Çində partlayış nəticəsində 7 nəfər ölüb
Çində partlayış nəticəsində 7 nəfər ölüb
11/06/2026 - 05:03
Çinin Quansi əyalətində qaz xəttində baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Hadisə Sinqan rayonunda yerli vaxtla gecə saat 1:40 radələrində baş verib. Xəsarət alanlar arasında həyati təhlükəsi olan yoxdur.