Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

31/05/2026 - 11:31
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
​Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də paytaxtımızda mühüm tədbir – Azərbaycan və ABŞ hökumətləri arasında ilk İqtisadi Dialoq təşkil olunacaq.
​Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə keçiriləcək bu tədbir iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın müddəalarına əsaslanır.
​İqtisadi Dialoqun əsas məqsədi Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etmək, qarşılıqlı investisiya imkanlarını dəyərləndirmək və tərəfdaşlıq münasibətlərini yeni mərhələyə daşımaqdan ibarətdir.
​Tədbirin Bakı Enerji Həftəsi ilə eyni vaxta təsadüf etməsi, enerji sektoru ilə yanaşı, qeyri-neft sektoru və digər sahələrdə də əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradacaq.