Son xəbərlər:

Azərbaycanda yeni zavod tikiləcək

top-news
  • 12 Jun, 2026
https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Azərbaycanda Ələt Azad İqtisadi Zonası ərazisində Çin şirkətinin iştirakı ilə günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə yaxın həftələrdə başlanılacaq.


Bunu Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda Azərbaycan Amerika Ticarət Palatası (AmCham Azerbaijan) tərəfindən təşkil olunan “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” mövzusunda tədbirdə bildirib.Onun sözlərinə görə, ilk mərhələdə müəssisə ildə təxminən 3 QVt gücündə günəş panelləri istehsal edəcək, gələcəkdə isə istehsal gücünün 10 QVt-a çatdırılması planlaşdırılır.

“Layihənin həyata keçirilməsinin günəş enerjisinin maya dəyərinin azalmasına və bərpa olunan enerji mənbələrinə çıxışın genişlənməsinə imkan yaradacağı gözlənilir. Paralel olaraq külək energetikası üçün komponentlərin, xüsusilə turbin pərləri və qüllələrinin yerli istehsalının inkişafı müzakirə olunur”, – deyə o bildirib.

V.Ələsgərov vurğulayıb ki, külək qurğularının iri elementlərinin Çin və Avropadan daşınması mürəkkəb və bahalı prosesdir. Bu isə istehsalın lokallaşdırılmasını iqtisadi baxımdan məqsədəuyğun edir. Onun sözlərinə görə, elektrik enerjisinin saxlanılması üzrə həllər olmadan böyük həcmdə külək və günəş generasiyasını enerji sisteminə səmərəli şəkildə inteqrasiya etmək mümkün deyil.

https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media