Economynews.az xəbər verir ki, səfər zamanı səfir Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb.
Görüş zamanı Şamaxı rayonunun tarixi və müasir sosial-iqtisadi inkişafı barədə söz açılıb.
Rayona səfəri çərçivəsində səfir Azərbaycanın ən qədim məscidi olan Şamaxı Cümə Məscidi, Kələxana türbələri kompleksi, Şamaxı Yaradıcılıq Mərkəzi və Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edib, o cümlədən, Meysəri kəndində yerləşən “Şirvan Şərabları” müəssisəsi və Alpaka ferması ilə də tanış olub.



