Son xəbərlər:

Xocalıya daha 9 ailə qayıtdı

top-news
  • 26 May, 2026
https://economynews.az/public/frontend/img/post-add/add.jpg

 

Xocalı rayonuna mayın 26-da növbəti köç olub.

Bu barədə Economynews.az-a  Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu gün rayonun 5 kəndinə ümumilikdə 29 nəfərdən ibarət 9 ailə qayıdıb. Köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.

Köç prosesi çərçivəsində Xanabad kəndinə iki ailə olmaqla 9 nəfər, Badara kəndinə iki ailə olmaqla 4 nəfər, Ballıca kəndinə bir ailə olmaqla 1 nəfər, Təzəbinə kəndinə bir ailə olmaqla 3 nəfər, Xanyurdu kəndinə isə üç ailə olmaqla 12 nəfər köçürülüb.

Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən məmnunluqlarını ifadə edərək doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını bildiriblər.

https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media