Son xəbərlər:

Gürcüstana yolun açılması avtomobil ehtiyat hissələrinin də satışına təsir edəcək

top-news
  • 22 May, 2026
https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda Gürcüstan üzərindən Azərbaycana müxtəlif növ yüklərin daşınması davam edir və bu marşrut vasitəsilə ehtiyat hissələrinin idxalı da həyata keçirilir:

"Yəni, Gürcüstan tranzit xətti ölkəmizə kifayət qədər böyük həcmdə avtomobil və digər texniki ehtiyat hissələrinin çatdırılmasında mühüm rol oynayır. Bu da bazarda təchizatın sabit qalmasına müəyyən təsir göstərir və ehtiyat hissələrinin əlçatanlığını təmin edən əsas logistik kanallardan biri kimi çıxış edir. Bakı-Tbilisi qatarı isə sadəcə sərnişindaşıma həyata keçirir",- deyə o bildirib.

Sərnişin qatarlarında baqaj daşınması ilə bağlı xüsusi limitlər və qaydalar mövcuddur. Vətəndaşların fərdi istifadə üçün gətirdiyi məhsulların çəkisi və həcmi qanunvericiliklə müəyyən edilmiş normaları aşa bilməz. Böyük həcmli və ağır avtomobil detallarının sərnişin qatarı ilə gətirilməsi həm gömrük, həm də dəmir yolu qaydalarına görə məhdudlaşdırılır. Bu səbəbdən fərdi alış-verişlər yalnız tək-tük kiçik detallarla məhdudlaşır. Bu cür fərdi addımlar isə ölkədəki böyük avtomobil bazarlarında və mağazalarda ümumi qiymətlərin ucuzlaşmasına təsir etmək gücündə deyil.

Yəni, vətəndaşlar qatarla gedib özləri üçün yalnız limit daxilində kiçik detallar gətirə bilərlər, lakin ağır və böyük maşın hissələrini bu yolla gətirmək qadağan olduğundan bazarda ümumi qiymət enişi olmayacaq.

Əfsanə Kamal

https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media