Son xəbərlər:
Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib
İqtisadiyyat Nazirliyində Əlcəzairin maliyyə naziri ilə keçirilən görüşdə iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Əlcəzairin maliyyə naziri Abdelkrim Bouzred ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Əlcəzair arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi perspektivləri, eləcə də yeni əməkdaşlıq platformalarının formalaşdırılması imkanları müzakirə olunub.
Tərəflər sənaye, enerji, kiçik və orta biznes, turizm, tranzit, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. İqtisadi əlaqələrin şaxələndirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın təşviqinin əhəmiyyəti vurğulanıb.
Şərh yaz
Xanaları doldurun*
Əlaqəli xəbərlər
Avro bahalaşdı, rubl ucuzlaşdı
- Repoter 11
- 17 Jun, 2026



