Son xəbərlər:

Ölkədə maaşlar artdı — Yeni rəsmi rəqəmlər

top-news
  • 13 Jun, 2026
https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artıb. Dövlət Statistika Komitəsinin hesabatına əsasən yanvar-aprel aylarında ölkə üzrə orta aylıq maaş 1172,1 manata çatıb.


 Economynews.az  xəbər verir ki, cari ilin may ayının 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin ümumi sayı 1792,3 min nəfər təşkil edib. Onlardan 862,8 min nəfəri dövlət sektorunda çalışır. Qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərin sayı isə 929,5 min nəfər olub.

Statistikaya görə çalışanların 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində cəmləşib. Təhsil sahəsində çalışanlar bütün işçilərin 18,1 faizini təşkil edir. Sənaye sektorunda muzdla işləyənlərin payı 13,8 faizə bərabərdir.

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanlar 8,7 faiz təşkil edir. Tikinti sektorunda çalışan işçilərin payı 6,6 faiz olub. Dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində isə işçilərin 6,1 faizi fəaliyyət göstərir.

Nəqliyyat və anbar təsərrüfatında çalışanlar ümumi rəqəmin 4,4 faizini formalaşdırır. Peşə, elmi və texniki fəaliyyətlə məşğul olanlar 4,0 faiz bərabərindədir. Maliyyə və sığorta fəaliyyəti sahəsi üzrə çalışanlar 2,4 faiz təşkil edir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində işləyənlər 2,3 faizdir. Qalan 15,0 faiz işçi isə iqtisadiyyatın digər müxtəlif sahələrində məşğul olur.

https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media