Müasir dövrdə enerji təhlükəsizliyi strateji əhəmiyyətə malikdir
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” kəlamı Azərbaycanın enerji siyasətində hər zaman prioritet istiqamət olmuşdur. Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı ölkəmizi böhrandan çıxarmaqla yanaşı, bütün sahələrdə, xüsusilə enerji siyasətində yeni mərhələnin başlanğıcı qoyuldu. Ulu Öndərin bu müdrik siyasəti onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Həyata keçirilən beynəlxalq layihələrin nəticəsində bu gün Azərbaycan nəinki region dövlətlərini, eyni zamanda Avropanın da enerji təhlükəsizliyini təmin edən dövlətlərdən birinə çevrilmişdir. Bütün bunlar iqtisadi və siyasi cəhətdən Azərbaycanın regionda əsas söz sahibinə çevrilməsinə şərait yaratmaqdadır.
Son illər Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə qlobal məsələlərin müzakirə olunduğu əsas platformaya çevrilməkdədir. Belə ki, 02 iyun 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu mərasimdə iştirak etmişdir. Xüsusi qeyd etməliyik ki, ölkəmizin paytaxtında keçirilən 31-ci Bakı Enerji Forumu Azərbaycanın enerji sektorunda və beynəlxalq əməkdaşlıq sahəsində mühüm hadisədir. Həmçinin bu forum enerji sahəsindəki ən son yenilikləri müzakirə etmək, yeni tərəfdaşlıqlar qurmaq və innovativ texnologiyaları təqdim etmək baxımından da mühüm əhəmiyyətə malikdir.
Ölkəmizdə keçirilən Bakı Enerji Həftəsi Xəzər regionunun neft-qaz sektorunda ən nüfuzlu tədbir hesab olunur. Bakı Enerji Forumu Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətləri nümayiş etdirmək və beynəlxalq əməkdaşlığı gücləndirmək üçün mühüm platformadır. Forumun keçirilməsi ölkəmizin enerji siyasətindəki strateji yanaşmasını və qlobal enerji bazarındakı rolunu daha da möhkəmləndirir.
Təsadüfü deyildir ki, 31 il ərzində “Baku Energy Week” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə vermiş və keçirildiyi vaxtdan bu günə kimi dünyanın bir çox ölkəsindən şirkətləri və ziyarətçini cəlb edə bilmişdir. Elə bu nüfuzuna görə də bu il keçirilən tədbirdə 46 ölkəni təmsil edən 270-ə yaxın nüfuzlu şirkət iştirak edirdi. Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş nitqlə çıxış etmişdir. Çıxışı zamanı dövlətimizin başçısı enerji sahəsində aparıcı beynəlxalq tədbir olan Bakı Enerji Həftəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, həmçinin ölkəmizdə son illərdə enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş işlərdən və Azərbaycanın bu sahədə tərəfdaşları ilə birgə atdıqları addımlardan, həyata keçirilən nəhəng layihələrdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, bu layihələr Azərbaycan neftinin və qazının dünya bazarına çıxarılması ilə nəticələnmiş və bununla da ölkəyə valyuta axınının gəlməsinə şərait yaranmışdır. Cənab Prezident çıxışı zamanı xüsusi vurğulamışdır ki, “müasir dövrdə enerji təhlükəsizliyi strateji əhəmiyyətə malikdir”.
Hazırda Azərbaycan tərəfdaşları üçün etibarlı və sabit enerji təchizatçısıdır və bu uzun müddətli tərəfdaşlıqlar ölkəmizin əhəmiyyətini və nüfuzunu daha da artırır. Məhz bu istiqamətdə atılan addımlar ölkəmizlə dünya dövlətləri arasında yeni münasibətlərin qurulmasına təkan verməklə Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə və inkişaf etməsinə zəmin yaratdı.

Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now