Son xəbərlər:
Azərbaycan neftinin qiyməti 98 dollar olub
Azərbaycan nefti 100 dollar həddindən aşağı düşdü
Dünya bazarında enerji daşıyıcılarının qiymətlərində dəyişiklik qeydə alınıb. "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 100 dollar psixoloji həddindən aşağı enib.
Hərracların nəticələrinə görə, Azərbaycan neftinin qiyməti 2,56 ABŞ dolları və ya 2,55 % azalaraq 98,01 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, qiymət dəyişikliyi qlobal neft bazarlarında müşahidə olunan tendensiyalar fonunda baş verib. Xüsusilə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti də ucuzlaşaraq 93,56 ABŞ dolları səviyyəsində qərarlaşıb. Türkiyənin Ceyhan limanında FOB bazasında təklif olunan "Azeri Light" neftinin bir bareli isə 2,49 dollar (2,53 %) ucuzlaşaraq 95,89 dollar olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb.
Şərh yaz
Xanaları doldurun*
Əlaqəli xəbərlər
Avro bahalaşdı, rubl ucuzlaşdı
- Repoter 11
- 17 Jun, 2026



