Son xəbərlər:

“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etməyə hazırlaşır

top-news
  • 25 May, 2026
https://economynews.az/public/frontend/img/post-add/add.jpg

“AzerGold” QSC ilk dəfə olaraq yerli xammaldan hazırlanmış, 999,9 əyarlı gümüş külçələri bazara təqdim etməyə hazırlaşır. Məhsulların istehsal prosesinə artıq başlanılıb.

"AzerGold”dan Economynews.az-a verilən məlumata görə, bunu jurnalistlərə açıqlamasında şirkətin İctimaiyyətlə əlaqələr, marketinq və korporativ sosial məsuliyyət şöbəsinin müdiri Ariz Tarverdiyev deyib. Onun sözlərinə görə, ilkin mərhələdə gümüş külçələr 250, 500 və 1000 qram çəkidə təqdim olunacaq. Növbəti mərhələdə isə bazar tələbatı, investor marağı və istehlakçı seçimləri nəzərə alınaraq müxtəlif çəkilərdə yeni məhsul növlərinin istehsalı planlaşdırılır.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

“Son illərdə yaşıl enerji texnologiyalarında, günəş panelləri və elektronika sənayesində gümüşdən istifadənin genişlənməsi bu metalın qlobal dəyərinin artmasına səbəb olub. Beynəlxalq bazarlarda gümüşə marağın yüksəlməsi ona investisiya aləti kimi tələbatı da artırıb”.

Milli məhsulun istehsalı ilə yerli qiymətli metallar bazarının inkişafına töhfə verməsi, həmçinin əhali və investorlar üçün etibarlı alternativ investisiya vasitəsinə çevrilməsi hədəflənir.

https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media