Son xəbərlər:

I sinfə qəbul üzrə prioritet məktəb seçimi BAŞLADI

top-news
  • 17 Jun, 2026
https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ olmayan uşaqlar üçün isə müsabiqəyə qəbul prosesi həyata keçiriləcək.

Bununla yanaşı, 17 iyun saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan I siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqların valideynləri məktəb və müəllim seçimi ilə bağlı sorğularını yerləşdirə biləcəklər.
 
Həmçinin 17 iyun saat 11:00-dan 17 iyul saat 11:00-dək Abşeron rayonu, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi aparılacaq.

Eyni zamanda, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi m əktəbinin rus bölməsi üzrə I siniflərinə qəbul üçün müsabiqəyə qeydiyyat da açıq olacaq.

https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media