Son xəbərlər:
Bu rayonlarda da Mərkəzi xəstəxana İNŞA EDİLİR
İşğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun bərpası və inkişafı istiqamətində işlər davam etdirilir.
Bu barədə informasiyanı Səhiyyə Nazirliyi yayıb.
Qeyd edilib ki, Şuşa şəhərində yerləşən Şuşa Müalicə Sağlamlıq Mərkəzində əhaliyə ambulator tibbi xidmətlərin göstərilməsinə başlanılıb.Bununla yanaşı, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının və 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi davam etdirilir.
Eyni zamanda, Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın, Sabunçu rayonunun Maştağa qəsəbəsində ixtisaslaşdırılmış narkoloji tibb müəssisəsinin, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yarımtikili xəstəxana binasının tikintisi həyata keçirilib, habelə 1 nömrəli Uşaq Somatik Sanatoriyasında təmir işləri başa çatdırılıb
Şərh yaz
Xanaları doldurun*
Əlaqəli xəbərlər
Azərbaycanda zəlzələ oldu
- Repoter 11
- 17 Jun, 2026
Bu gün Xətai rayonunda qaz olmayacaq
- Repoter 11
- 17 Jun, 2026



