Son xəbərlər:

Zəlzələ ilə bağlı FHN açıqlama yaydı

top-news
  • 12 Jun, 2026
https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Qəbələ rayonunda qeydə alınan zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.


Nazirliyin açıqlamasına əsasən, bu vaxtadək zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb.
Qurumdan bildirilib ki, vəziyyət nəzarətdə saxlanılır və əlavə məlumatlar olduqca ictimaiyyətə əlavə məlumat veriləcək. 
Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.
 Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Qəbələ stansiyasından 11 kilometr cənub-qərbdə, Qəbələ rayonu ərazisində baş verib.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.
Yeraltı təkanların Oğuz, Qəbələ və digər rayonlarda da hiss edildiyi bildirilir.
Zəlzələnin 5 bal gücündə olduğu ilə bağlı sakinlər bildirişlər alıb.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Bu dəqiqələrdə Azərbaycanın şimal-qərb rayonlarında zəlzələ baş verib.
Zəlzələ Oğuz və Ağdaş daxil olmaqla bir neçə rayonda hiss edilib.
Smartfonlara gələn xəbərdarlıqda zəlzələnin maqnitudasının 5,1 bal olduğu qeyd olunub.

https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media