Son xəbərlər:
Ölkə ərazisində faciəli hadisələr: Hərbçimiz şəhid oldu, ildırım vurması nəticəsində ölüm qeydə alındı
Son saatlarda ölkənin qərb bölgəsində baş verən faciəli hadisələr nəticəsində iki nəfər həyatını itirib.
Kəlbəcər rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirən Azərbaycan Ordusunun hərbçisi bədbəxt hadisə nəticəsində dərəyə düşərək həlak olub. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Eyni zamanda, Daşkəsən rayonunda da faciəli hadisə qeydə alınıb. Rayon ərazisində at belində hərəkətdə olan 30 yaşlı şəxsi ildırım vurub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun dünyasını dəyişdiyini müəyyən edib.
Baş vermiş hadisələr bölgədəki qeyri-sabit hava şəraiti və çətin relyef şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının vacibliyini bir daha önə çıxarır.
Şərh yaz
Xanaları doldurun*



