Bakı–Tbilisi–Qars dəmir yolu: Türkiyəyə səyahət daha da əlçatan olur
Bakı–Tbilisi–Qars dəmir yolu: Türkiyəyə səyahət daha da əlçatan olur
Azərbaycan ilə qonşu ölkələr arasında sərnişin daşınmasının intensivləşməsi istiqamətində mühüm addımlar atılır. Bakı–Tbilisi istiqamətində sərnişin qatarlarının fəaliyyətinin bərpası, gələcəkdə Türkiyə istiqamətinə səyahətlərin də daha səmərəli və sərfəli olacağına dair gözləntiləri artırıb.
Hazırda sərnişinlər üçün Bakıdan Tiflisə qatarla rahat şəkildə getmək və oradan quru yolu və ya digər nəqliyyat vasitələri ilə qardaş ölkəyə – Türkiyəyə keçid etmək imkanları genişlənir. Ekspertlər hesab edir ki, dəmir yolu infrastrukturunun aktivləşməsi beynəlxalq marşrutlar üzrə qiymət rəqabətinə müsbət təsir göstərəcək və sərnişinlər üçün daha ucuz, həm də rahat alternativlər yaradacaq.
Xatırladaq ki, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi sərnişin qatarı marşrutu öz fəaliyyətini bərpa edib. Bununla yanaşı, 2 iyun 2026-cı il tarixində Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti üzrə sərnişin daşınması ilə bağlı gözlənilən yeni mərhələnin başlanması, regional nəqliyyat dəhlizinin potensialını daha da artırır.
Bu yeniliklər, regionda turizmin və iqtisadi əlaqələrin inkişafına, həmçinin vətəndaşların rahat gediş-gəlişinə böyük töhfə verəcək.
Fatma Təvəkgülqızı
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now



