Dövlət qurumlarının rəhbərləri Bakı-Tiflis qatarında
Azərbaycan-Gürcüstan dəmiryolu xəttində sərhəd və gömrük nəzarəti gücləndirilir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti qurumların rəhbərləri dəmiryolu stansiyalarında yoxlamalar keçiriblər.
Mayın 28-də Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər heyəti Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik dəmiryolu stansiyalarında olublar.
Yoxlamaların əsas məqsədi aşağıdakı istiqamətləri əhatə edir:
Sərhəd və gömrük nəzarəti: Azərbaycan–Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında nəzarət mexanizmlərinin daha səmərəli təşkili.
Rəsmiləşdirmə prosesləri: Sənədləşmə işlərinin sürətləndirilməsi və optimallaşdırılması.
Vətəndaş məmnuniyyəti: Sərnişinlər üçün xidmət keyfiyyətinin yüksəldilməsi və rahatlığın təmin edilməsi.
Təhlükəsizlik tədbirləri: Dəmiryolu nəqliyyatında təhlükəsizlik rejiminin daha da gücləndirilməsi.
Qeyd olunan stansiyalarda cari vəziyyətlə tanış olan rəhbər şəxslər, proseslərin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar veriblər.
Fatma Təvəkgül qızı
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now



