Son xəbərlər:

"İranla sülh razılaşması əldə olunmayıb, amma buna çox yaxınıq"

top-news
  • 29 May, 2026
https://economynews.az/public/frontend/img/post-add/add.jpg

ABŞ və İran arasında sülh razılaşması ilə bağlı danışıqlar davam edir.

​ABŞ-nin vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Vaşinqton və Tehran arasında sülh sazişi hələ tam imzalanmasa da, tərəflər yekun razılaşmaya çox yaxındır.

​Cey Di Vensin sözlərinə görə, hər iki ölkə danışıqlar prosesində müsbət irəliləyiş əldə edib: "İranın razılaşmada maraqlı olduğunu görürük. Biz hələ final mərhələsində deyilik, lakin proses irəliyə doğru gedir. Hazırda sənədin dili və bəzi texniki məqamlar üzərində fikir mübadiləsi aparırıq".

​Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda ABŞ və İranın 60 günlük atəşkəs və Tehranın nüvə proqramı üzrə məsləhətləşmələrin başlanmasını nəzərdə tutan Anlaşma Memorandumu layihəsi üzərində işlədiyi bildirilirdi. İranın "Tasnim" xəbər agentliyi isə sənədin mətninin hələ tam təsdiqlənmədiyini qeyd edib.
​Diplomatik dairələrdə sülh sazişinin imzalanmasının regionda gərginliyin azalması və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin bərpası üçün mühüm addım olacağı gözlənilir.

https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media